KANAL24.AZ
Az Iw En Ru

Hindistanın ən güclü adamı İsrailə gəlir

Hindistanın baş naziri, güclü islahatçı Narendra Modi 4 -6 iyul tarixində İsraildə səfərdə olacaq.

Ölkələr arasında diplomatik əlaqələrin qurulmasından 25 il keçsə də, bu illər ərzində Hindistan rəhbərlərinin İsrailə səfərləri olmamışdır.

Səfər iki amildən fərqli olacaq.Birincisi, Modi Abu Mazenlə görüşmək və Fələstin problemlərini müzakirə etmək niyyətində deyil.İkincisi, səfər zamanı müdafiyə sahəsində bir neçə milyardlıq imzalanmalar gözlənilir.Yerüssəlimdə İsrail və Hindistan çox böyük silah müqaviləsi imzalamağı planlaşdırır.Söhbət analoqu olmayan PRO sistemlərindən, dronlardan, anti-tank raketləri və digər müasir silahlardan gedir.Bundan əlavə nəzərdən keçrilib hazırlanmış bəzi müqavilələr təsdiq olunacaq.

Bu baxımdan, Hindistan İsrail müdafiə sənayesi üçün ən böyük bazar hesab olunur .Son illərdə Hindistan hərbi sursat sahəsində 7 -si İsrail şitkəti olmaqla, 37 beynəlxalq müqavilə imzalayıb.Ölkələr arasında diplomatik münasibətlər 1992- ci ildə yaradılıb .Dehliyə ilk səfər edən İsrail prezidenti Ezer Veysman olub.2004 -cü ildə Hindistanı ziyarət edən ilk baş nazir Ariel Şaron olub.2016 cı ilin noyabrında isə prezident Reuven Rivlin Hindistanda 6 günlük səfərdə olub.


19:31 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər