KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən xoşbəxt ölkəsi

İsveçrə dünyanın ən xoşbəxt ölkələrinin reytinq cədvəlinə başçılıq edir. Bu nəticəni BMT-nin təşəbbüsü ilə keçirilən sorğu təsdiqləyir.
 
Dünyanın ən xoşbəxt ölkələrinin ilk üçlüyünə İslandiya və Danimarka da daxildir. Reytinq cədvəlində dördüncü yeri Norveç, beşinci yeri isə Kanada tutub.
 
Cədvələ görə, xoşbəxt olmayan ölkələrin üçlüyünə isə Toqo, Burundi və Suriya daxildir.
 
“Dünya xoşbəxtlik hesabatı” (“World Happiness Report”) üzrə araşdırma 158 ölkə arasında aparılıb. (xəzərxəbər)

04:50 25.04.2015