Ermənistanın Gümrü şəhərinin yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Bu haqda Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilir.
Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin təsiri həmçinin Stepanavan və Artik şəhərlərində hiss edilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.