KANAL24.AZ
Az Iw En Ru

Məşhur komediyaçı depressiyaya düşərək, İntihar etdi

İnternet ulduzu Stevie Ryan şənbə günü Los Angelesdəki evində ölü tapılıb. Gənc qızın özünü asaraq öldüyü bildirilir. 
 
Ryanın meneceri tərəfindən verilən açıqlamada, məşhur komediyaçı Los Ancelesdəki evində ölü olaraq tapıldığı və aparılan araşdırmalarda ölüm səbəbinin intihar olduğu söylənilib. 
 
Məşhur komediyaçı bir neçə gün öncə ölən babası haqqında "xəyallarımın adamı artıq yalnız xəyallarımda olacaq" paylaşmsını etdikdən bir neçə saat sonra özünü asıb. Stevie uzun bir müddətdi keçirdiyi ağır depresiyaya görə müalicə aldığını ictimai mediada paylaşmışdı. 
 
Komediyaçının ölümü yaxınlarını və pərəstişkarlarını çox kədərləndirib. Pərəstişkarları kədərlərini ictimai media üzərindən dilə gətiriblər. Stevie Youtubedə Justin Bieber və Lady Gaga kimi məşhurların təqlidini etdiyi vidiolar sayəsində qısa müddət ərzində məşhurlaşmışdı. 

19:10 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər