KANAL24.AZ
Az Iw En Ru

Almaniya artıq ABŞ-la dost deyil – Yeni proqram

Almaniyanın hakim Xristian Demokrat və Xristian Sosial İttifaqı koalisiyası seçkiqabağı təşviqat proqramında ABŞ-ı dost adlandırmaqdan imtina edib.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. İttifaqın ABŞ-ı sadəcə Avropa sərhədləri xaricində özünün ən vacib tərəfdaşı adlandırdığı bildirilib. Artıq ittifaqın 72 səhifəlik proqramı kansler Angela Merkellə də razılaşdırılıb.

Qeyd edək ki, Almaniyanın hakim koalisiyası 2013-cü ildəki seçkilər zamanı Vaşinqtonu ən vacib dost adlandırmışdı.


18:53 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər