KANAL24.AZ
Az Iw En Ru

Məşhur tennisçi qəza törətdi, 78 yaşlı qoca öldü

Dünyanın ən məşhur qadın tennisçilərindən biri, amerikalı Vinus Uilyams düşdüyü qəza nəticəsində həlak olmuş şəxslə bağlı sualı eşidəndə mətbuat konfransında ağlayıb.

The Sun bildirir ki, mətbuat konfransı Uimbldon turnirinin ilk turundakı matçdan sonra, V.Uilyamsın belçikalı Eliza Mertensi 7:6, 6:4 hesabla məğlub etdiyi qarşılaşmadan sonra keçirilib.

"Son ayların hadisələri sizə necə təsir etdi?" sualına 37 yaşlı Vinus Uilyasm "Hər şeyə hazır olmaq mümkün deyil" söyləyib, sonra deyib: "Nə qədər ağır vəziyyətdə olduğumu söyləməyə söz tapmıram". Bundan sonra tennisçi ağlamağa başlayıb. Təxminən bir dəqiqə sakit oturan Vinus Uilyams mətbuat konfransını tərk edib.

Qəza iyunun 9-da ABŞ-ın Florida ştatındakı Palm-Biç şəhərində yaşanıb. Şahidlərin dediklərinə görə, Toyota Sequoia-nın sükanı arxasında olan Vinus Uilyams işıqforun qırmızı işığında yol ayrıcına çxıb. Bu zaman onun maşınına Linda Barsonun sürdüyü Hyundai Accent dəyib. Lindanın avtomobilində sərnişin olan əri, 78 yaşlı Cerom Barson ağır yaralanıb. O, aparıldığı xəstəxanada iki həftə sonra keçinib.

Barsonlar ailəsi Vinus Uilyamsı məhkəməyə verib.

 

Polisdən verilən məlumata görə, V.Uilyams qəzada suçlu bilinib.


18:40 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər