KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da qubernator bütün çimərliyi bağlatdırıb ailəsi ilə dincəldi

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru yerli büdcənin qəbul edilməsindəki çətinliklərlə bağlı çimərliyi və bir sıra ictimai müəssisələri iki günlük bağlatdırıb. Lakin bu, siyasətçiyə ailəsi və dostları ilə birlikdə adamsız çimərlikdə dincəlməyə mane olmayıb.

Kris Kristi ailəsi ilə birlikdə onun göstərişi ilə bağlatdırılan ictimai çimərlikdə dincəlib.

Bir müddət sonra mətbuat konfransında qubernator jurnalistin sualına cavab olaraq bildirib ki, günə çıxmadığı xeyli müddətdir. Bunun ardınca sosial şəbəkələrdə Krisin sahildə ailəsi ilə birlikdə dincəlməsi ilə bağlı şəkillər yayılıb.


18:30 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər