KANAL24.AZ
Az Iw En Ru

Tramp buna çox əsəbiləşəcək: İran karikatura sərgisi açdı

İranda təşkil edilən “Beynəlxalq Trampizm Karikatura” yarışması paytaxt Tehranda izləyicilərə açıq elan edilib.

ABŞ prezidenti Donald Trampın həcv edildiyi əsərlər Sure İncəsənət və Mədəniyyət mərkəzində sərgilənir.

Sərgiyə 75 ölkədən 600 iştirakçı qatılıb.

“Tramp və irqçilik”, “Tramp və köç”, “Tramp və media”, “Tramp və qadınların alçaldılması”, “Tramp və tvit” mövzularının yer aldığı yarışmada birinci yeri iranlı Hadi Əsədi, ikinci yeri ispaniyalı Jakvin Aldequr, üçüncü yeri isə braziliyalı Eduardo Baptistao qazanıb.

Sərgi 11 iyula qədər ziyarətçilərinə açıq olacaq.


18:24 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər