KANAL24.AZ
Az Iw En Ru

Ankarada türk-ərəb qarşıdurması – 5 yaşlı qıza görə... /Video

Ankarada suriyalı qaçqınlarla türklər arasında qarşıdurma yaranıb.

Türkiyə mediasının verdiyi xəbərə görə, qarşıdurma zamanı bir nəfər yaralanıb.

Polis dərhal davaya müdaxilə edib, tərəfləri ayırmaq və sakitləşdirmək üçün gözyaşardıcı qaz tətbiq edilib.

Qarşıdurmaya səbəb isə sosial şəbəkədə bir suriyalı qaçqının 5 yaşlı türk qızına təcavüz etməsi haqda xəbərlərin yayılması olub. Xəbər yayıldıqdan qısa müddət sonra çoxlu sayda yerli sakin hadisə yerinə gedib.

Hadisə ilə bağlı hər hansı bir açıqlama verilməyib. Ankara valisi Ercan Topaca bildirib ki, gənclər arasında mübahisəyə səbəb əsassız xəbər olub.

Qarşıdurma zamanı obyektlərin şüşələri sınıb, bir sıra ticarət binalarına ziyan dəyib.


17:45 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər