KANAL24.AZ
Az Iw En Ru

Mahaçqala yolunda dəhşətli avtobus qəzası - Video/Yeniləndi

Rusiyanın Dağıstan Respublikasında səhər saatlarında dəhşətli avtobus qəzası baş verib.

Hadisə zamanı Qaraçay-Çərkəz Respublikasından Mahaçqalaya hərəkət edən avtobus dərəyə yuvarlanıb.

Məlumatlara görə, sürücü duman səbəbindən yolda təmir işləri aparıldığını görməyib və qəza baş verib.

Olay zamanı xeyli ölən və yaralananların olduğu bildirilir.

***

Dağıstanda baş verən yol qəzasında 20 nəfər xəsarət alıb.

Bununla bağlı Dağıstan təcili yardım idarəsinin rəhbəri Larisa Melnikov məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 2-si azyaşlıdır: "Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb".

 


17:43 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər