KANAL24.AZ
Az Iw En Ru

Məşhur modeli işgəncə verərək öldürdülər

İraqın kişi gözəllik yarışmasının ən iddialı namizədi, Bağdadlı model Karar Nuşi bıçaqlanaraq öldürülüb.

Karar Nuşi dar geyindiyi üçün və saç stili səbəbi mühafizəkar dairələrin hədəfinə çevrilib. İki gün əvvəl yoxa çıxan Nuşinin cəsədi polis tərəfindən Bağdadın şimalında yerləşən bir küçədə aşkar edilib.

Nuşinin uzun müddət döyülüb, sonra bıçaqlanaraq öldürüldüyü ortaya çıxıb. İraqda keçiriləcək olan kişi gözəllik yarışmasının ən güclü namizədi olaraq göstərilən Nuşinin pərəstişkarları yaraşıqlı modelin qatillərinə qarşı qəzəblərini sosial şəbəkə vasitəsi ilə bildiriblər.


17:24 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər