KANAL24.AZ
Az Iw En Ru

Qısqanc qadın təyyarədə aləmi qatdı - BİR MESAJA GÖRƏ - VİDEO

İstanbulun Atatürk hava limanından qalxan İstanbul-Bodrum təyyarəsində özbəkistanlı ər-arvad arasında dava düşüb.

Dava kişinin telefonuna gələn mesaja görə baş verib.

Belə ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra həyat yoldaşının telefonunda xoşagəlməz mesaj görən qadın ona qışqırıb. Əsəbini cilovlaya bilməyən qadın uşaqlarının gözü önündə həyat yoldaşını döyməyə başlayıb.

Stüardessalar qadını sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyib, onu tualetə aparıblar. Kişinin isə yerini dəyişərək başqa oturacağa oturdublar.

Əsəblərinə hakim ola bilməyən qadın öz yerinə qayıdarkən yenidən “məni aldatdı… onun cəzasını verəcəm” - deyə qışqırmağa başlayıb. Bu dəfə digər sərnişinlər hadisəyə narazılıqlarını gizlətməyiblər.

Təyyarənin işçi heyəti qadını sakitləşdirmək üçün qollarına plastik qandal taxmağa məcbur olub.

Təyyarə Bodrum hava limanında yerə enib və polislər qadını dərhal nəzarət altına alıblar.

Həmin görüntüləri təqdim edirik:


01:20 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər