KANAL24.AZ
Az Iw En Ru

İraq: Mosulda cəmi 200 İŞİD-çi qalıb

İŞİD terror təşkilatının İraqdakı “paytaxtı” hesab olunan Mosulun terrorçulardan tam təmizlənməsinə bir neçə saat qalıb.

Bu sözləri İraq Federal Polis Təşkilatının rəhbəri Raid Şakir Cövdət deyib. O, hazırda şəhərdə yalnız 200 İŞİD-çinin qaldığını söyləyib.

Xatırladaq ki, bir müddət öncə İraq ordusu Mosulda İŞİD-in əsas mövqelərini ələ keçirdiyini açıqlamışdı. Baş nazir Heydər Abadi isə Mosulun artıq Bağdadın nəzarətində olduğunu və İŞİD-in varlığına de-fakto son qoyulduğunu açıqlamışdı.


19:13 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər