KANAL24.AZ
Az Iw En Ru

Öldürülən ilanın qarnından çıxan şok etdi

Türkiyənin Batman vilayətinin mərkəzinə bağlı Demirlipınar kəndində hinə girən və kəndlilər tərəfindən öldürülən ilanın qarnından toyuq çıxdı.
 
Əldə edilən məlumatlara görə,  Demirlipınar kəndi sakinlərindən Makbulə Doğan, səhər saatlarında toyuqlarına yem vermək üçün hinə gedib. Hinin qapısını açan Doğan, burada ilan olduğunu fərq edib. Ilan qadının həyat yoldaşı Mehmet Şah Doğan tərəfindən hindən çıxarılaraq, kürəklə öldürülüb. Öldürülən ilanın qarnından daha əvvəl udduğu toyuğun çıxdığını görən kəndlilər, təəccüblərini gizləyə bilməyib.
 
Makbulə Doğanın yoldaşı Mehmet Şah Doğan, həyat yoldaşının ilanı görüncə özünə xəbər verdiyini və yoldaşına kömək etmək üçün hinə getdiyini izah edərək, "ilanı görüncə rəngi və böyüklüyü qarşısında çaşıb qaldım. İlanı öldürmək üçün əlimə kürək aldım və onu ilana vurdum. Ilan öldükdən sonra qarınının şiş olduğunu fərq edincə içini açdıq. Itkin toyuqlardan bir dənəsi ilanın qarnından çıxdı. 50 yaşdayam ilk dəfə bu qədər böyük bir ilan gördüm ", -deyib.

18:38 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər