Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Telefon danışığı Amerika tərəfinin istəyi ilə baş tutub. Szinpin həmkarına Amerikanın “vahid Çin” siyasətinə hörmət edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ Tayvana 1,4 milyard dollarlıq silah satmaq haqqında qərar qəbul edib. Vaşinqtonun bu addımı Çinin narazılığına səbəb olub.