KANAL24.AZ
Az Iw En Ru

Almaniyadan İsraillə bağlı QƏRAR

Almaniyanın gizli qərarlar verən qurumu kimi tanınan Federal Təhlükəsizlik Şurası İsrailə 3 ədəd sualtı gəminin satışına razılıq verib.

Bu barədə “Der Şpigel” nəşri məlumat yayıb. Bildirilib ki, “Taysen-Krup” şirkətinin Kiel şəhərində hazırladığı 3 nüvə başlığı daşıyan “Dolfin” sualtı gəmisi İsrailə göndəriləcək.

Almaniya hökumətinin isə 1.5 milyardlıq xərcin 3-də 1 hissəsini öz üzərinə götürəcəyi bildirilib.

Qeyd edək ki, İsrail hökumətinə məxsus 5 “Dolfin” tipli sualtı gəmi var.


16:00 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər