KANAL24.AZ
Az Iw En Ru

9 yaşlı uşaq 4 yaşlı xalası oğlunu güllələdi

Konyada bədbəxt hadisə baş verib.

Türkiyə mətbuatı  xəbər verir ki, 9 yaşlı uşaq həyətdə oynayarkən 4 yaşlı xalası oğlunu güllələyib.

Həyətdə oynayarkən silah tapan uşaq bunun oyuncaq olduğunu düşünüb. Əlindən düşən silahdan atəş açılıb. Güllə 4 yaşlı uşağa dəyib.

Xəstəxanaya çatdırılan uşaq dərhal əməliyyat olunub. Ancaq həkimlər onun həyati təhlükəsinin tam aradan qalxmadığını bildirib.


15:00 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər