KANAL24.AZ
Az Iw En Ru

Bakıda 3 uşaq küçəyə atıldı - Video

Bakıda azyaşlı 3 uşaq nənələri tərəfindən küçəyə atılıb. Körpələri yolun kənarından Nəsimi rayon Polis İdarəsinin əməkdaşları aşkarlayıb. Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriln azyaşlıların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb.

Xəzər xəbər-in məlumatına görə, uşaqların vəziyyəti yaxşıdır. Onlar qida və təmiz geyimlə təmin olunublar. Sabahdan onların valideynlərinin axtarışına başlanacaq. Balacaları küçəyə atıb qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Nənə uşaqları küçəyə atarkən onların əlinə bir çanta da verib. Çantanın içərisində isə sənədlər olub.

Uşaqların sığınacaqda olduğu haqqda Ağsu rayon Polis İdarəsinə məlumat da verilib, atalarının axtarılması ilə bağlı mütaciət edilib. Ümid edilir ki, ata övladlarından xəbərsizdir və bəlkə də məlumat ona çatarsa yiyə durar.

Nigah haqqında şəhadətnamədəki tarixə əsasən azyaşlıların valideynləri 2 ildir boşanıb. Lakin notarial qaydada ananın 2 qızını nənələrinə etibar etməsi sənədindəki tarixdə ötən ay göstərilib. Deməli ana bir və ya bir neçə həftə əvvəl qaçıb. Bəs nənə uşaqları neçə gün saxlayıb? Məsələ ilə bağlı açıq qalan suallar çoxdur. Cəmiyyəti düşündürən isə sadəcə atılan 2 qız və 1 oğlan uşağının gələcək taleyidir.


05:43 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər