KANAL24.AZ
Az Iw En Ru

Yəhudi şairin Azərbaycan sevgisi: O, Qarabağ həqiqətlərini dünyaya yayır - VİDEO

Azərbaycan doğulan və əslən yəhudi olan 81 yaşlı şair Simax Şeyda 30 ilə yaxındır ki, İsrail və Almaniya kimi ölkələrdə yaşasa da, vətən sevgisini daim qəlbindədir. Hələ bununla kifayətlənməyərək bu sevgini misralara daşıyır.

Simax Şeyda İsrailə köçəndən sonra orada Azərbaycan Şairlər Birliyinin bölməsini yaradıb. Birliyə üzv olan şairlərlə daimi fikir mübadiləsi apararaq Qarabağ həqiqətlərinin onlara çatdırılmasında böyük rol oynayıb.

Milli.Az bildirir ki, 30-dan çox kitabın müəllifi olan Şairin həm Azərbaycan, həm də ivrit dilində yazdığı şeirlərdə Qarabağ mövzusu əsas yerlərdən birini tutub.

 

Simax Şeyda gələcək yaradıcılğında Azərbaycan həqiqətlərini dünyaya yaymağa davam edəcəyini bildirir.

Videonu izləmək üçün şəklə klikləyin:
Yəhudi şairin Azərbaycan sevgisi: O, Qarabağ həqiqətlərini dünyaya yayır


05:05 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər