KANAL24.AZ
Az Iw En Ru

Ölüləri doğrayıb quşlara yem edirlər - DƏHŞƏT SAÇAN AYİNDƏN GÖRÜNTÜLƏR - VİDEO

Qeyri-adi adətləri, ayinləri ilə seçilən yerlərdən biri də Tibetdir. Uzun illər əvvəl yaranan ayinlər Tibetin bəzi bölgələrində hələ də qalıb.

Tibetdə yoxsul insanların ölülərini dəfn etmək üçün torpaq almağa imkanı yoxdu. Buna görə də onlar ölən yaxınlarının cəsədlərini leş yeyən quşlara yem edirlər.

Ölənlərin cəsədlərini xırda-xırda hissələrə bölmək üçün bu işi görən xüsusi insanlar olur. Bu insanlar ölülərin dərisini, əllərini, ayaqlarını, qulaqlarını kəsib quşları yemləyir. Sümüklərini isə üyüdüb küləyə sovururlar. Bu işin müqabilində ölən insanların qohumları onlara qida məhsulları verir.

Ən dəhşətlisi isə odur ki, bu ayin hər hansı bir bayram ərəfəsində deyil, ilboyu dəfələrlə keçirilir.Sizə həmin dəhşətli ayinin keçirildiyi görüntüləri təqdim edirik:(Publika/az)


19:36 02.07.2017
Xəbər lenti
Bütün xəbərlər