Türkiyənin İzmir şəhərinin Gümüldür mahalı ərazisində yerləşən meşə massivində helikopter qəzaya uğrayıb.
Yanğınsöndürmə helikopteri su anbarından su götürməyə çalışarkən anidən qəzaya uğrayıb. Belə ki, helikopterin su balonu hələ də müəyyən edilməyən bir cismə ilişib. Qəza da bundan sonra baş verib.
Helikopterdə 5 heyət üzvü olub, su anbarının xilasetmə qüvvələri 5 nəfəri xilas edib.