KANAL24.AZ
Az Iw En Ru

Tramp lapmasını salan jurnalistlərə əsəbiləşdi

ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında Oval ofisdə baş tutan görüşdə maraqlı anlar yaşanıb.

İki liderin görüşünü lentə almağa çalışan jurnalistlərdən biri ehtiyatsızlıq səbəbindən Trampın ofisindəki stolüstü lampanı düşürəcəkdi.

Lakin son anda Ağ Ev rəhbərinin şəxsi mühafizəçisi Keyt Şiller lampanı tutub və düşməyə qoymayıb. Lakin masa yüngül zərər görüb.

Tramp da öz növbəsində bu olaya biganə qalmayıb. O, jurnalistlərə sakit olmağı məsləhət görüb:

“Sakit olun, dostlar. Sakit olun. Getdikcə daha pis olursunuz”.

Daha sonra üzünü koreyalı həmkarına tutan milyarder prezident:

“Əslində burdakılar dost jurnalistlərdir. Onların səni kədərləndirməsinə icazə vermə. Stolumuzu itirsək belə”, - deyə bildirib.


03:42 02.07.2017
Xəbər lenti
Bütün xəbərlər