KANAL24.AZ
Az Iw En Ru

Orkestrə it dirijorluq etdi – Heyrətli video

Türkiyənin Efes şəhərində Vyana kamera orkestrinin konsertində maraqlı anlar yaşanıb.

IKSEV festivalı çərçivəsində orkestrin çıxışı zamanı gözlənilmədən səhnəyə it çıxıb.

Musiqiçilərin yanından keçən it dirijora yaxın bir yerdə skripkaçının yanında oturub. Qəfil qonağa təbəssümlə baxan musiqiçi öz ifasını davam etdirib.

Tamaşaçılar bu maraqlı səhnəni gülüş və alqışlarla qarşılayıb.

Həmin videonu təqdim edirik:

 


01:44 02.07.2017
Xəbər lenti
Bütün xəbərlər