KANAL24.AZ
Az Iw En Ru

Borut Pahor İlham Əliyevi təbrik etdi

Sloveniya Prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edim, ölkənizin hərtərəfli inkişafı naminə ən xoş arzularımı çatdırım.

Sizin 2011-ci ildə Sloveniyaya rəsmi səfərinizin ölkələrimiz arasında dostluq əlaqələrinin və tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün birbaşa danışıqlar aparmağa şərait yaratdığını böyük məmnuniyyətlə xatırlayırıq. Əminəm ki, Sloveniya və Azərbaycan dünyada sülhə, sabitliyə və anlaşmaya töhfə verməklə ikitərəfli əlaqələrini genişləndirməyə və inkişaf etdirməyə davam edəcək”.


02:00 30.06.2017
Xəbər lenti
Bütün xəbərlər