KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyevin Polşaya rəsmi səfəri başa çatıb – YENİLƏNİB

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri iyunun 28-də başa çatıb.

 

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 28-də Varşavada Polşa Respublikasının baş naziri xanım Beata Şidlo ilə görüşüb.

 

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

 

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın və Polşanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

 

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Polşa Respublikasının prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

 

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

İyunun 27-də təkbətək görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.

 

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

 

Prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb.

Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.

Azərbaycan prezidenti Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib.

 

Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.


02:00 29.06.2017
Xəbər lenti
Bütün xəbərlər