Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gedib.
Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezidenti Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.