KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev İsmail Öməri təbrik etdi

Prezident İlham Əliyev Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Qellehə təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Cibuti xalqına sülh və firavanlıq arzulayıram”.


01:38 25.06.2017
Xəbər lenti
Bütün xəbərlər