KANAL24.AZ
Az Iw En Ru

Papa Fransisk, Merkel və Kardaşyan eyni siyahıda

Dünyanın ən nüfuzlu 100 adamının adı açıqlanıb.

 

 “Taym” jurnalının hazırladığı 2015-ci ilin siyahısında müxtəlif peşə sahiblərinin adları var.

 

Hər il ənənəvi olaraq hazırlanan siyahının builki ilkin versiyasına il boyu dünya üzrə, xüsusilə də Yaxın Şərqdə davam edən qarşıdurmalar, İranın nüvə müzakirələri və Kuba-ABŞ arasında yaxınlaşma prosesi də müəyyən təsir edib.

 

Siyahıda yer alan ölkə liderləri arasında Almaniya kansleri Angela Merkel, Yunanıstanın Baş naziri Aleksis Tsipras, Rusiya Prezidenti Vladimir Putin, İsrailin Baş naziri Benyamin Netanyahu, Hindistanın Baş naziri Narendra Modi, Şimali Koreya lideri Kim Çen İn, Kuba Prezidenti Raul Kastro və ABŞ Prezidenti Barak Obama da var.

 

Siyahıda Yəmənə hava əməliyyatını reallaşdıran koalisiyanın lideri Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz, İraqın Baş naziri Haydar əl Əbadi, Nigeriyada prezident seçilən Məhəmməd Buxari, Tunis Prezidenti Əl Baci Qaid əs Sibsi, nüvə müzakirələrini həyata keçirən İran Xarici İşlər naziri Cavad Zərif, Nigeriyadakı Boko Haram təşkilatının lideri Əbubəkr Şəkau da var.

 

Papa Fransisk, aktyor Bredli Kuper, astronavt Skot Kelli, aktrisa Risi Viçerspun ilə Kim Kardaşyan və həyat yoldaşı reper Keyn Vest də 2015-ci ilin ən nüfuzlu 100 nəfər arasına düşüb./axar.az/


19:01 17.04.2015