KANAL24.AZ
Az Iw En Ru

Allahşükür Paşazadə: Ermənilər 100 il bundan əvvəlki uydurma "soyqırım"larını dünyaya sırımaq istəyirlər

"Ermənilər özlərini məzlum göstərərək, 100 il bundan əvvəlki uydurma "soyqırım"larını dünyaya sırımaq istəyirlər". Kanal24 xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə deyib ki, ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər: "Onlar Azərbaycan ərazilərində xalqımıza qarşı soyqırım aparıblar. Ermənilər işğal olunmuş ərazilərdə dini məbədləri, o cümlədən kilsələri, mədəniyyət abidələrini dağıdıblar. Lakin dünya ictimaiyyəti tərəfindən buna ikili standartlardan yanaşılır. “Xocalı faciəsini dünya hələ də qəbul etmir. Amma erməni ekstremistləri bu gün özlərini məzlum göstərərək, 100 il bundan əvvəlki uydurma genosidlərini dünyaya sırımaq istəyirlər. Biz inanırıq ki, gec-tez həqiqətlər üzə çıxacaq və haqq öz yerini tapacaq”.


21:57 16.04.2015
Xəbər lenti
Bütün xəbərlər