KANAL24.AZ
Az Iw En Ru

170 illik ənənə:Astma xəstələrinə kilkə balıq uddururlar... - Video

Astma xəstələrini sağaltmaq məqsədi ilə Hindu rahib tərəfindən qoyulan 170 illik ənənə görənləri heyrətə salıb.
Hindistanda astma xəstələrinin sağalması üçün 1845-ci ildən bu günə qədər pulsuz tətbiq edilən bu qeyri-adi müalicə üsulu bütün dünyada əks-səda doğurub.
 
Qabların içində canlı saxlanılan kilkə balıqları, sağalmaq ümidi ilə gələn astma xəstələrindən udmaq tələb olunur. Əsasən uşaqlardan ibarət olan xəstələr, kilkə balığı canlı udmaqda çətinlik çəkir. Valideyinlərinin müdaxiləsi ilə diri kilkə balığı uşaqlın boğazına atılır və burunları tutularaq uddurulur.
 
Qeyd edək ki, bu ənənənin elmi cəhətdən heç bir əsası yoxdur, ancaq, Hidistanda minlərlə insan bu yolla şəfa tapacağına ümid edir.
 
 

 

 


15:04 12.06.2017
Xəbər lenti
Bütün xəbərlər