İstanbulda ağır yol qəzası baş verib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
Polis hadisə yerində araşdırma aparır.
06:18 12.06.2017