KANAL24.AZ
Az Iw En Ru

Keçisini yeyən nəhəng ilanı tapança ilə öldürdü- VİDEO

ABŞ-da yaşlı adam, keçisini yeyən nəhəng Piton ilanını tapança ilə öldürdü.

Hadisə Amerikanın Florida əyalətində yaşanıb.
 
63 yaşındakı bir adam, keçisini boğan təxminən beş metrlik piton ilanını tapança ilə öldürüb və o anları da cib telefonuna qeyd edib.
 
Scott Dame adlı kəndçi, tez-tez itən keçilərini yeyən pitonu, yenə ovladığı bir keçini udmağa çalışarkən yaxalayır.
 
İlanı əvvəl başından vuran adam, nəhəng heyvanın keçini buraxıb qaçmağa çalışması üzərinə güllə yağdırır.
 
Yaşlı adamın dəfələrlə atəş etdiyi ilan sonunda ölür.
 
Dame, daha əvvəl də bir neçə keçisinin sirrli şəkildə itdiyini, əvvəl keçilərini vəhşi hayvaların parçaladığını düşündüyünü amma, daha sonra ətrafda heç bir şəkildə sümük tapa bilmədiyi üçün keçilərin necə itdiyini anlaya bilmədiyini söyləyib.
 
 

 

 


00:00 12.06.2017
Xəbər lenti
Bütün xəbərlər