Bu gün səhər Qazaxıstanın Alma-Ata şəhərində avtobus 8 avtomobillə toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Polis faktla bağlı məhkəməyə qədərki dövrdə araşdırma aparır, ekspertiza təyin olunub. Məlumata görə, idarəetməni bacarmayan avtobus sürücüsü yolun kənarında park edilmiş nəqliyyat vasitələrinə çırpılıb.