KANAL24.AZ
Az Iw En Ru

Avropa Parlamentinin deputatı bal ayını Dağlıq Qarabağda keçirir -VİDEO

Ermənistanın Avropa Parlamentindəki kürəkəni erməni xanımı ilə birgə Xocalı aeroportundan təyyarəni Qarabağ səmasına qaldırıb…
Bir neçə gün öncə Ermənistanda toyu baş tutmuş Avropa Parlamentinin deputatı Frank Engel bal ayını erməni işğalı altındakı Azərbaycan torpaqlarında keçirməyə qərar verib. 
 
Lüksemburqdan olan deputat Brüsseldə yaşayan erməni qızı Tatev Manukyanla ailə həyatı qurub.  Nikah mərasimi Ermənistanın Ararat vilayətində, Türkiyə ilə sərhədin yaxınlığındakı Virap Xoru monastırında keçirilib. Yeni evlənən cütlüyün “xaç atası” isə  Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan olub...  
 
 
Bal ayını Qarabağda keçirməyi qərara alan cütlük Xankəndinin gəzməli  yerlrində olub və sonra Xocalıdakı hava limanına yollanıb. F.Engel özü yüngül motorlu təyyarənin sükanı arxasına əyləşərək xanımı ilə bərabər Şuşa, Ağdərə, Kəlbəcər bölgələri üzərində səma gəzintisi həyata keçirib...
Xeyli müddət Ermənistan və Qarabada qalmağı planlaşdıran F.Engel erməni dilini öyrənməyi də qərara alıb.  T.Manukyan ərinin  soyadını götürməkdən imtina edib.  Erməni qadın deyir ki, çox güman ki, gələcək övladlarının soyadı da “yan”la bitəcək... 
 
 
Xatırladaq k, Engel və Avropa Parlamentinin daha iki deputatı Azərbaycanın işğal edilmiş ərazilərinə dəfələrlə qanunsuz səfər etdikləri üçün Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa veriliblər. Engel Dağlıq Qarabağda separatçılar tərəfindən fevralda keçirilmiş  qondarma referendumda müşahidəçi qismində iştirak edib...(Moderator.az)
 
 
 
 

 

 

17:10 11.06.2017
Xəbər lenti
Bütün xəbərlər