KANAL24.AZ
Az Iw En Ru

Latviya-Portuqaliya oyununda maraqlı anlar – VİDEO

Futbol üzrə Latviya və Portuqaliya yığmalarının qarşılaşması zamanı maraqlı hadisə baş verib.

Matç zamanı azyaşlı pərəstişkarlardan biri Avropa çempionu Krişitan Ronaldunu qucaqlamaq üçün meydançaya qaçıb.

Otuz iki yaşlı hücumçu pərəstişkarına xeyirxahlıqla yanaşıb və onu qucaqlayıb. Bundan sonra azyaşlını meydandan uzaqlaşdırıblar.

Qeyd edək ki, matç Riqada keçirilib. Qarşılaşma Portuqaliya komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Ronaldu da fərqlənib. 

 


06:00 11.06.2017
Xəbər lenti
Bütün xəbərlər