KANAL24.AZ
Az Iw En Ru

Birinci vitse-prezidentin məzunlara müraciəti

"Ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşür". 
 
Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyeva SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunda bildirib.
Mehriban Əliyeva bildirib ki, SABAH könüllüləri ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə böyük rol oynayıb: "SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir. Savadlı, bacarıqlı və hazırlıqlı gənclərin yetişməsi isə ölkəmizin gələcəyi üçün önəmlidir".
Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.

05:43 05.06.2017
Xəbər lenti
Bütün xəbərlər