KANAL24.AZ
Az Iw En Ru

Düşmənə qan udduran general-Zakir Həsənov

Cənab prezident İlham Əliyevin güvəndiyi kadrlardan biridə Zakir Həsənovdur.Həsənov müdafiə naziri olan gündən  bu günə qədər ordudakı dəyişiklik göz önündədir.Zakir Həsənov nazir postuna gələndən sonra ordumuzun bir sıra uğurlu əməliyyatları tarixə yazıldı.Düşmən xeyli itki verdi,qorxdu bir sözlə Həsənov ermənilərin kabusuna çevrildi.

 

Zakir Həsənov 1959-cu ildə Astarada anadan olmuşdur

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir

 

Düşmənin qorxulu kabusuna çevrilən və onlara qan udduran,general adına layiq generala Allahdan uzun ömur can sagligi arzu edirik.


05:34 04.06.2017
Xəbər lenti
Bütün xəbərlər