KANAL24.AZ
Az Iw En Ru

Günahlardan təmizlənmək üçün oruc tutmaq olarmı?

Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).

Əməllərin ən gözəli isə namazdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir".  (əl Ənkəbut, 45).


05:12 04.06.2017
Xəbər lenti
Bütün xəbərlər