KANAL24.AZ
Az Iw En Ru

Allahı necə zikr etmək lazımdır?

Əlbəttə, Allahı dil ilə zikr etməyin böyük savabı vardır. Lakin zikri başdansovdu və diqqətsiz halda söyləmək olmaz. Qəlbin iştirakı olmadan edilən zikrin faydası yoxdur. Zikr qəlbdən qüvvət almalıdır.

Əgər qəlbin zikrdən xəbəri yoxdursa, bu, boş danışıqdan başqa bir şey deyil. İmam Əli ibn Əbutalib (ə) buyurmuşdur: "Zikr nə dilin adət etdiyi dəblərdən biri, nə də fikrin (düşüncənin) yollarından biridir. Onun birinci tərəfi zikr olunan (yəni Allah), ikinci tərəfi isə zikr edəndir (yəni bəndədir)" (Ğürər əl-hikəm, 2091). Hədis bunu çatdırır ki, bəndə Allah-Taalanı öz qəlbi ilə hiss etməsə, yalnız dilini və ağlını işlətməklə həqiqi zikrə nail ola bilməz. Hər şeydən öncə, bəndə kimin adını zikr etdiyini bütün qəlbi ilə duymalıdır. Yalnız bu halda Allah-Taala bu zikri ondan qəbul edər və faydasını ona göstərər.


06:38 02.06.2017
Xəbər lenti
Bütün xəbərlər