KANAL24.AZ
Az Iw En Ru

Vaqif Sultanlı Londonda Çağdaş Azərbaycan poeziyasının janr özəlliklərindən danışıb

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Londonda keçirilən Uluslararası Poeziya Araşdırmaları Konfransında iştirak edib.

 Elmlərarası Araşdırmalar Fondu və Elmlərarası Araşdırmalar üzrə London Mərkəzinin birgə təşkil etdiyi konfransda janr və forma, bədii mətnin siyasi konteksti, poetik dil, bədii ritm, üslub fərdiyyəti, poeziya və incəsənətin müxtəlif növlərinin qarşılıqlı əlaqəsi, şeir və riyaziyyat, şeir və musiqi, şeir və arxitektura, poetik tərcümə məsələlərinə dair məruzələr dinlənilib.

Vaqif Sultanlı dünyanın 10-dan artıq ölkəsindən 30-dək ədəbiyyatşünasın qatıldığı konfransda “Çağdaş Azərbaycan poeziyasının janr özəllikləri” mövzusunda məruzə ilə çıxış edib.


18:56 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər