KANAL24.AZ
Az Iw En Ru

Ərdoğana görə döyülən dönərçi

Belçikanın Neerpeld şəhərində dönərçi işləyən Əli Fakıoğlu adlı türk vətəndaşı gecə vaxtı evinə gələrkən bir qrup şəxs tərəfindən ölümcül döyülüb. 

Türkiyə mediası xəbər verir ki, Əli Fakıoğlu iş yerini bağlayaraq axşam saatlarında evinə gələrkən yolda üzərlərində millətçilərin simvolu olan qrup tərəfindən hüzuma məruz qalıb. 
 
Millətçilər Əli Fakıoğluna sən Ərdoğanı sevirsən? - deyə sual ünvanlayıblar. Möhkəm döyülən türk vətəndaşına xəstəxanada bir neçə yerdən tikiş atılıb.  

15:18 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər