KANAL24.AZ
Az Iw En Ru

74 yaşlı anasını bıçaqlayaraq öldürdü, sonra təcavüz etdi - Dəhşətli faktlar

Bu yazımızda Amerikanın ən çox cinayət törədən qatillərindən biri Henri Li Lucas haqqında tükürpədici məlumatlar təqdim edəcəyik. 
 
Həyatı filmlərə və kitablara mövzu olmuş Henri Li Luca da bir çox məşhur qatil kimi pis uşaqlıq dövrü keçirib. İllər boyu fahişə olan anasının əzablarına, təhqirlərinə, zərbələrinə məruz qalıb. Sevgidən məhrum olan Lucas hələ 13 yaşında ikən qorxunc əməllərini gerçəkləşdirib. 
 
 
 
Arzuolunmaz bir uşaq olaraq 23 avqust 1936-cı ildə Virciniyada dünyaya gələn Lucas fahişəlik edən ananın 9 uşağından biri olub. Atası isə iki ayağını da itirmiş şikəst olub. Anası həm Henriyə, həm də şikəst atasına davamlı şiddət tətbiq edir, hər ikisinə də həyatı zindan edirmiş. Nəhayət, atası Anderson bu işgəncələrə dözməyərək soyuq bir qış axşamında çöldə donaraq ölür. Bəzi mənbələrdə isə Andersonun sərxoş olduğu üçün evə getməyib soyuqdan donaraq öldüyü bildirilir. Bəzilərində isə Andersonu arvadı Viola tərəfindən uşaqlarının gözü qarşısında öldürdüyü yazılır.
 
Henry Lee Lucas'ın Çocukluğu
 
 
Henriyə müxtəlif dəhşətli cəzalar verən anası oğluna hər zaman nifrət edib, kiçik uşağa illər boyu əzab verib. Hətta 1943-cü ildə təhsil həyatına başlayanda ona qız paltarları geyindirib, saçlarına lentlər bağlayaraq məktəbə göndərib. Henrinin bəsləməyə çalışdığı heyvanları öldürən anası gözünə bıçaqla zərər yetirən oğlunu günlərlə xəstəxanaya aparmayıb, o qədər döyüb ki, Henri 3 gün komadan ayılmayıb. Nəhayət anasının sevgilisi Bernie tərəfindən xəstəxanaya aparılaraq müalicə edilib.
 
Daha sonra Bernie  Lucasa heyvanları öldürüb onlara təcavüz etməyi öyrədib. Henri 13 yaşına çatanda ən sevdiyi şeyin kiçik heyvanların boğazlarını kəsib, daha sonra onlara təcavüz etmək olduğunu bildirib. Henri ilk cinayətini isə 15 yaşında törədib. 17 yaşlı bir qızı qaçırıb meşəyə aparıb, boğaraq öldürdükdən sonra ona təcavüz edib. Sonra da cəsədi meşədə bir yerə basdırıb. 3 il sonra oğurluğa görə  6 il həbs cəzasına məhkum edilən Lucas həbsxanadan iki dəfə qaçmağı bacarsa da hər dəfəsində ələ keçib. 
 
Seri Katilin Gençliği
 
 
2 sentyabr 1959-cu ildə təxliyə edilən Lucas bacısıyla birlikdə Michigana köçüb,  ancaq xeyli qocalmış anası oğlunun geri qayıtması üçün təkid edib. Henri 11 yanvar 1960-cı ildə evə qayıtmağa qərar verib və evə qayıdarkən sərxoş  anasını sərxoş qardaşını süpürgə ilə döydüyünü görüb. Henri Li Lucas da anasını arxasından bıçaqlayaraq öldürüb, sonra da 74 yaşlı qadına təcavüz edib. 20-40 il həbs cəzası tələbi ilə mühakimə olunan Henri 10 il həbs cəzası aalıb və bunun 6 ilini ruhi dispanserdə keçirib. 3 iyun 1970-ci ildə təxliyə edilən Lucas qohumlarıyla birlikdə Tecumsehdə yaşamağa başlayıb.  Lakin 1971-ci ilin dekabrında da iki qıza təcavüz etdiyinə görə 4 illik həbs olunur. 
 
15 Yaşındaki Karısı ve Kurbanı
 
Həbsdən çıxandan sonra Pensilvaniyada bir fermada işləməyə başlayan Lucas həmin ilin dekabr ayında dul qalmış əmisiqızı ilə evlənib. Ancaq qısa müddətdən sonar ayrılıb. Ayrılmasına baxmayaraq  qadının birinci evliliyindən olan qızlarını cinsi istismarda saxlayıb. Boşanandan sonra nəzarətsiz şəkildə tüfeyli həyat yaşamağa başlayan Lucas yolda qarşılaşdığı qadınları öldürə-öldürə ölkəni gəzib.  Məhz o dövrdə cinayət ortağına çevrilən 29 yaşlı homoseksual Ottis Toole ilə qarşılaşıb. 
 
Suç Ortağı Ottis Toole
 
 
1976-ci ildə tanış olan cütlük sevgili olub və birlikdə səyahət etməyə başlayıb. İnsan əti yeyən Toole ilə birlikdə bir çox insanı öldürən Henri 1978-ci ildə Toolenin evinə köçüb. Eyni zavodda işləməyə başlayan cütlük işə getmədikləri zamanlarda yollara düşür və müxtəlif cür cinayət işləyirlər. Jacksonvilledə yerləşən evdə yaşamağa başlayan Henri Li Lucas burada Toolenin 10 yaşlı qardaşı qızı Frieda Becky Pauellə aşiq olub.  Bir müddət sonra Henri Becky ilə nikahsız ər-arvad kimi yaşamağa başlayıb. 
 
1982-ci ildə rəsmiləri Becky ilə Frank haqqında istintaq başlayanda Becky əri ilə birlikdə Kaliforniyaya qaçıb. Kaliforniyadan Texasa keçən ikili orada bir dini icmaya qoşulub. Amma Beckyinin çox darıxması nəticəsində qəribə ər-arvad Floridaya qayıtmaq üçün yollar axtarıb. 1982-ci ilin avqustunda aralarında baş verən mübahisə zamanı Becky Henri Liyə zərbə atıb. Henri Li də qarşılıq olaraq 15 yaşlı arvadını bıçaqlayaraq öldürüb, dəfələrlə təcavüz etdikdən sonra orqanlarını hissələrə ayırıb. Bu hadisənin ardından ondan şübhələnən ev sahibini də meşəyə apararaq öldürüb, cəsədinə təcavüz etdikdən sonra hissələrə ayıraraq yandırıb. Ondan şübhələnən bir qonşusunun şikayəti həbs olunan Henri Li Lucas polisin əlində kifayət qədər dəlil olmamasına baxmayaraq, bir gecə yarısı nəzarətçini çağıraraq günahlarını etiraf edib. Amma yalan demək məsələsində xeyli uğurlu olan Lucas. bir-birinə zidd ifadələr verib. İlk başda edam cəzası ilə mühakimə olunan qatilə daha sonra “paranoid şizofreniya” diaqnozu qoyularaq ömürlük həbs cəzası verilib. 
 
Henry Lee Lucas'ın Kurbanları
 
 
 
Digər qatillərdən fərqli olaraq Lucasın neçə nəfəri öldürdüyü dəqiq bilinmir. Çünki Lucas yalan söyləməkdə mahir olub və həbsxanada olduğu dövrdə də tez-tez ifadələrini dəyişib. İlk başda 75-100 arasında cinayət işlədiyini deyən Henri Li Lucas sonra bu sayı 150-360-a çıxarıb. Hətta 500-600 nəfəri öldürdüyünü belə deyib. Çox cinayəti Ottis Toole ilə birlikdə törətdiyini etiraf edən Lucas Henri və Beckyinin gözü qarşısında bir çox insanı öldürdüklərini soyuqqanlılıqla danışıb. Toolenin çox vaxt cəsədləri axşam yeməyi üçün hazırladığını, amma özünün insan ətinin dadını çox xoşlamadığını bildirib. 1985-ci ildə verdiyi bir müsahibədə isə yalnız 3 nəfəri öldürdüyünü, digərlərinin isə polisləri ələ salmaq üçün uydurduğu hekayələr olduğunu söyləyib. 
 
Suçlarını İtiraf Ederken
 
 
Səbəbli və ya səbəbsiz bir sıra qətllər törətmiş iki psixopat bir dükanı soyduqları zaman Lucas kassiri öldürüb, sonra da oturub Toolenin cəsədə təcavüz etməyini izləyib. Bir dəfə də yolla gedən bir cütlüyü qurban seçiblər. İlk başda kef üçün insane öldürdüklərini deyən Lucas, daha sonra şeytani bir cəmiyyətə üzv olmaq üçün cinayət işlədiklərini iddia edib. Güya icmanın başında olan Don Meteric Lucas ilə rabitəyə keçərək onda bir vəkili öldürməsini istəyib. Lucas da şeytan liderin ona verdiyi vəzifəni yerinə yetirib.
 
Məşhur qatil həyatının son 18 ilini keçirdiyi həbsxanada 12 mart 2001-ci ildə  ölüb.(Moderator.az)

15:12 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər