KANAL24.AZ
Az Iw En Ru

Ev yandı, Qurana heç nə olmadı

Türkiyənin Bursa vilayətində meydana gələn yanğında möcüzə baş verib. Hadisə vilayətinin İnegöl rayonunda qeydə alınıb.

Həmzəbəy məhəlləsinin sakini Xədicə Aya aid evdəki televizor qəfildən partlayıb. Partlasyışdan sonra evdə yanğın baş verib. Hadisədən təşvişə düşən Ay iki uşağı ilə birlikdə evi tərk edib. 

Hadisə yerinə yanğınsöndürmə briqadaları gələnə qədər ev əşyaları ilə birlikdə yanıb. Yanğının böyüyərək qonşu evlərə keçməsinin qarşısını alan yanğınsöndürənlər hadisə baş vermiş evin divarında asılmış vəziyyətdə olan və yanğında zərər görməyən Qurani Kərim aşkarlayıb. 

Müqəddəs kitab yanmış evdən çıxarılaraq sahibinə təhvil verilib.

Qeyd edək ki, yanğın baş vermiş evdə Qurani Kərimə zərər dəyməməsi ilk dəfə deyil. 

 


18:14 04.04.2015
Xəbər lenti
Bütün xəbərlər