KANAL24.AZ
Az Iw En Ru

Buzlaqlardakı gizli xəstəliklər yenidən canlanır - Sibir xorası, taun, vəba...

Əsrlərdir ki, buzlaqlar və donmuş torpaq təbəqəsindəki təsirsiz bakteriya və viruslar iqlim dəyişikliyi ilə isinən yer üzündə yenidən təhdid yarada bilər.
 
Tarix boyu insanlar bakteriya və viruslarla bərabər yaşayıb. Bəzi xəstəliklərə yol acan bakteriyalara qarşı müqavimət olsa da, bakteriya və viruslar da yeni yoluxma üsullarını inkişaf etdirib. Yüz il əvvəl Aleksandr Fleminq penisillini tapdığından bəri antibiotik istifadə edirik. Buna qarşılıq bakteriyalar də antibiotikə qarşı müqavimət göstərərək geri qayıdır. Aradakı mübarizə davam edir. Bəs yüz, hətta min illərdir mövcud olmayan və ya daha əvvəl heç vaxt qarşılaşmadığımız ölümcül bir bakteriya və ya virusla qarşılaşsaq, necə olar? 
 
İqlim dəyişikliyi nəticəsində min ildir donmuş torpaqlar və buzlaqlar əriməyə başladığı üçün bu gün köhnə virus və bakteriyaların yenidən dirçəlməsi ehtimalı olduqca yüksəkdir. 
 
 
 
2016-cı ilin avqustunda Sibirdəki Yamal yarımadasında 12 yaşında bir uşaq ölüb, ən azı 20 nəfər də sibir xorası səbəbilə xəstəxanalıq olmuşdu. 
 
Bu vəziyyət 75 il əvvəl sibir xorasından ölmüş bir maral cəsədinin əriyən buzlar üzündən səthə çıxmasına bağlandı. Sibir xırası bakteriyası torpağa və suya qarışmışdı, bölgədəki iki min marala xəstəlik bulaşmışdı.
 
Normal şəraitdə hər yaz 50 sm dərinliyə çatan buzlaqlar əriyir. Amma dünya getdikcə istiləşdiyi üçün daha dərin qatlar da əriyir. Ona görə bu cür hallarda artım ola bilər. Çünki buzlaqlar bakteriyaların uzun müddət, bəlkə də milyonlarla il canlı qalması üçün ideal şərait yaradır. Bu halda bəzi xəstəliklərin yenidən gündəmə gəlməsi söz mövzusu ola bilər.
 
 
 
Şimal Qütb Dairəsində istilik artımı digər bölgələrdən üç qat daha sürətlidir.
 
Soyuq, qaranlıq və oksigensiz mühit olduğuna görə buzlaqlar mikrob və viruslar üçün yaxşı qoruyucudur. İnsanlara və heyvanlara xəstəlik yoluxduran viruslar keçmişdə yoluxucu xəstəliklərə yol açmış, bu təbəqədə canlı qalmış ola bilər. 
 
20-ci əsrdə bir milyondan çox maral sibir yarasıdan ölüb. Bunlara dərin qəbirlər qazmaq mümkün olmadığından cəsədləri səthə yaxındır. Rusiyanın şimalında bu şəkildə 7 min kütləvi qəbir var. Ancaq buzlaqların altında başqa nələrin bizi gözlədiyi bilinmir. Məsələn, tədqiqatçılar Alyaskanın tundralarında 1918-ci ilə aid İspan qripi virusunun qalıqlarını tapıb. Bubonik vəba və çiçək viruslarının də Sibirdə basdırılmış olma ehtimalı var. 
 
 
 
2011-ci ildə aparılan bir tədqiqatda qeyd olunmuşdu ki, buzlaqların əriməsi nəticəsində 18-ci və 19-cu əsrdə yayılmış ölümcül xəstəliklərə yol açan virus və bakteriyalar, xüsusən bu qəbirlərin yaxınlığındakı insanlar üçün yenidən təhlükə yarada bilər. Məsələn, 1890-cı ildə Sibirdə böyük bir çiçək virusu yayılıb, bir qəsəbənin əhalisinin yüzdə 40-ı həyatını itirib. Həmin insanlar Kolyma Çayının kənarındakı buzlaqların üst təbəqəsində basdırılıb. 120 il sonra çaydan daşan sular sahilləri aşındırıb, erroziyanı sürətləndirib. 1990-cı illərdə aparılan araşdırmalarda Sibirin cənubunda Daş Dövründən qalma insan qalıqları tapılmışdı, onların orqanizmində çiçək xəstəliyinə xas yaralar aşkar edilmişdi. Tədqiqatçılar çiçək virusu görməsələr də bu virusun DNT qalıqlarına rast gəlinmişdi. 
 
 
 
Sibirdə Neandertal qalıqlarına rast gəlindi
 
Bu, donmuş bakteriyaların həyata qayıtmasının ilk nümunəsi deyildi. NASA tədqiqatçıları 2005-ci ildə Alyaskada 32 min ildir donmuş bir bakteriyanı canlandırmağa nail olmuşdu. Mamontlar dövründə həyatda olan bu bakteriyalar buzlar əriyəndə yeni hərəkət etməyə başlamışdı. Bundan iki il sonra isə Antarktidada buzlaqların altında donmuş 8 milyon illik bir bakteriya yenidən həyata qaytarılmışdı. Həmin təcrübədə 100 min illik bakteriya da canlandırılmışdı. Ancaq donmuş vəziyyətdəki hər bir bakteriya canlandırıla bilər. Sibir xorası çox möhkəm olduğundan 100 ildən artıq donmuş halda qala bilər. Eyni şəkildə tetanoz bakteriyası, iflicə və ölümə yol açan botulizm bakteriyası və bəzi göbələklər da uzun müddət buzda donmuş halda qala bilir. 
 
 
 
Viruslar də uzun müddət dayana bilər. Tədqiqatçılar 2014-cü ildə Sibirdə 30 metr dərinlikdə 30 min illik iki böyük virusu (Pithovirus sibericum and Mollivirus sibericum) yenidən canlandırmışdı. Viruslar canlandığı andan etibarən xəstəliyə yol açır. Bu iki virus yalnız tək hüceyrəli amyöblərə təsir edir. Lakin bu vəziyyət insana bulaşan virusların da canlanması ehtimalına işarət edir.  Bu riski yaradan şey yalnız qlobal isinmə ilə buzlaqların əriməsi   Şimal Buzlu Okeanındakı buzlar çatladığı üçün Sibirin şimal sahillərində mədən və mineral axtarış işləri, neft və təbii qaz üçün qazma işləri aparılır.  Bu işlər qədim bakteriya və virusların yer üzünə çıxıb canlanması riskini artırır. Bunlar yeni yoluxucu xəstəliklərə yol aça bilər. Bunların DNT-si ziyan görübsə canlanması mümkün deyil. Ancaq çox daha dözümlü olan böyük viruslar üçün eyni şey etibarlı deyil.
 
 
 
Lechuguilla mağarasındakı selenit kristalları
 
Mütəxəssislər bu səbəblə Arktik regionuna gələn ilk insanlara aid virusların, hətta nəsli çoxdan kəsilmiş Neandertal və Denisovan kimi insan növlərinin daşıdıqları xəstəliklərin yenidən gündəmə gəlməsi riskinə diqqət çəkir. Rusiyada 30-40 min il əvvələ aid Neandertal qalıqlarına daha əvvəl rast gəlinmişdi. Bəziləri müəyyən xəstəlik viruslarının yer üzündən silinmiş olması kimi saxta bir inam hissinə qapılmamaq və bu riskə qarşı tədbir olaraq peyvənd ehtiyatlarının saxlanılması vacib olduğuna inanır. 
 
Qədimdən qalma bakteriya və virusların olduğu yer sadəcə buzlaqlar deyil. 2017-ci ilin fevral NASA tədqiqatçıları Meksikada bir mineral kristalları içərisində 10-50 min illik mikroblara rast gəldiklərini açıqlayıb. Bunlar kristalın maye hissələrində qalmış və çıxaranda çoxalmağa başlamış yeni bir mikrob növüdür. 
 
 
 
New Mexicoda bir mağarada isə 300 metrə qədər dərinlikdə 4 milyon ildir ki, gün üzü görməmiş bakteriyalar (Paenibacillus) aşkarlanıb. Bu bakteriyanın insanlara xəstəlik daha da böyüməməsi, ancaq 18 təbii antibiotikə qarşı müqavimətli olduğu görülüb. Antibiotiklə daha əvvəl qarşı-qarşıya gəlməmiş bu bakteriyanın müqavimət göstərməsi bakteriyaların müqavimətinin milyon, bəlkə də milyard il əvvələ əsaslandığını göstərir. Bakteriyanın bu xüsusiyyətini çətin şərtlərdə rəqib orqanizmlərə qarşı üstünlük qazanmaq üçün inkişaf etdirdiyi güman edilir.
 
Rusiya ilə Kanada arasında Berinq bölgəsində 30 min ildir donmuş torpaqlarda olan bakteriyaların genləri 2011-ci ildə araşdırılarkən də bunların bəzi antibiotiklərə qarşı müqavimət göstərdiyi görülmüşdü.
 
Bəs bütün bunlardan narahat olmaq lazımdırmı?
 
Yer altında nə qədər təhlükə olduğunu bilmədiyimiz üçün bəziləri boşuna tələşlanmamağımızı, əsas diqqətlərin iqlim dəyişikliyinə yönəldilməsinin lazım olduğunu söyləyir. Məsələn, dünya getdikcə istiləşdiyi üçün şimal ölkələri də malyariya, vəba, titrəmə kimi daha isti iqlimlərdə görülən xəstəliklərə məruz qala bilər. Bəziləri isə qədim bakteriyaların təşkil etdiyi riski tam olaraq bilməsək də bunları göz ardı etməməyə inanır. Çünki immunitet sistemimiz üçün yad olan bu canlılarla qarşılaşdığımızda xəstəliyə yoluxması riski, bunların antibiotik müqaviməti də nəzərə alındıqda istisna ediləcək kimi görünmür.(Moderator.az)

18:38 12.05.2017