KANAL24.AZ
Az Iw En Ru

Polis postuna HÜCUM: 1 yaralı, 2 ölü

Rusiya Federasiyasının İnquşetiya Respublikasında polis postuna silahlı hücum olub.

Bu haqda TASS agentliyinə respublikanın Daxili İşlər Nazirliyindən bildiriblər.

Hücum nəticəsində bir polis yaralanıb.

“Malqobek ərazisində gecə saat bir radələrində polis postuna silahlı hücum olub. Nəticədə, polis yaralanıb, hücum edənlərdən iki nəfər məhv edilib”, - agentliyin həmsöhbəti qeyd edib.

Malqobek rayon xəstəxanasından bildiriblər ki, yaralı polisin vəziyyəti ağır olaraq qalır.

Hücum edənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib. O, mütəşəkkil cinayətlərə görə axtarışda olan Məhəmməd Bekbuzarovdur.


17:36 12.05.2017