KANAL24.AZ
Az Iw En Ru

6 yaşlı qız paltaryuyan maşının içində ölü tapıldı - DƏHŞƏT

Türkiyənin Giresun əyalətində dəhşətli ölüm hadisəsi baş verib.

İşdən evə gələn ana 6 yaşlı qızını ağzı bağlı paltaryuyan maşının içində ölü vəziyyətdə tapıb.

Sonuncu dəfə atası İgid.K 6 yaşlı qızı evdə qoyub işə gedib. Qısa müddət sonra işdən evə qayıdan ana Sevcan. K uşağın cəsədini tapıb.

Uşağın nəfəssiz qalaraq boğulduğu ehtimal olunur.

Meyid ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi açılıb.


16:23 12.05.2017