KANAL24.AZ
Az Iw En Ru

Netanyahu Ukraynanın dəstəyinin İsrail üçün vacibliyindən danışdı

Bu gün Likud fraksiyası iclasında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu Ukraynanın İsrailə  diplomatik dəstəyinin əhəmiyyətini vurğuladı.

"Yaxın vaxtlarda Ukrayna hökumətinin başçısı İsraildə gələcək. Ukrayna UNESCO-nun  əvvəlki sessiyasında (Qüdsün statusu barədə qətnamə nəzərə alınmaqla) bizə qarşı səs verib.UNESCO-nun sonuncu iclasında isə  Ukrayna İngiltərə və digər ölkələr kimi bizim lehimizə səs verdi".-deyə Netanyahu bildirib.

Baş nazir bildirib ki,"Özünə hörmət edən dövlətə,dünya ölkələri də hörmət edir.Hansı ki baş əymirlər,iki üzlülük etmirlər və oyun oynamırlar.Belə ölkələrə dünya  həmişə hörmət edib.Məndə həmişə  İsrailin xeyrinə çalışmışam və bundan onra da çalışacağam".

Netanyahu  həmçinin vurğuladı ki, Knessettenin  cari sessiyasında 60 gün ərzində müzakirəyə təqdim ediləcək dövlətin  milli xarakteri haqqında qanun layihəsini həyata keçirmək niyyətindədir. 

Bu qanun əslində İsrail dövlətinin öz tarixi  vətənində yəhudi xalqının  bir millət kimi formalaşmaının faktıdır. Bu qanun İsrailin bayrağını,himnini,Yerusəlimin bizim əbədi paytaxtımız olmağını daha da möhkəmlədir.

Bu qanun bütün İsrail vətəndaşlarının bərabərliyi haqqında qanuna zidd deyil.Dövlətin milli xarakteri haqqında qanun İsrail dövlətini inkar edənlərə tutarlı cavabdır"-deyə Netanyahu vurğulayıb.

 


05:00 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər