KANAL24.AZ
Az Iw En Ru

Cadu təmizləmək bəhanəsiylə bir bacıyla evləndi, biriylə də sevgili oldu

Türkiyənin Adana şəhərində  ağlasığmaz hadisə baş verib. 
 
Belə ki, bir kişi cadu təmizləmək bəhanəsi ilə həkim ərindən ayrılan müəllimə ilə evlənib, müəllimənin bacısıyla da sevgili kimi birlikdə yaşamağa başlayıb. Qızların anaları hadisəni öyrəndikdə fırıldaqçıdan şikayət edib, qızlar isə ruhi sağlamlığı xəstəxanasında müalicəyə alınıblar. 
 Seyhanda baş verən hadisədə iddiaya görə, 39 yaşlı müəllimə M.D. bir həkim ilə evlənib, ancaq bir müddət sonra yaşadığı psixoloji problemlər səbəbindən həyat yoldaşından ayrılıb. Həmin ərəfədə müəllimə özü kimi psixoloji problemi olan 43 yaşlı bacısı A.Ö. ilə xəstəxanaya gedərək müalicə olunmaq istəyib.  
 
Qonşularından biri bacılara "Sizdə cadu var, mənim tanıdığım bir adam var, o, cadunu təmizləyi” - deyir. Bacılar qonşularının tövsiyyəsi ilə cadu təmizlədiyini iddia edən 55 yaşlı Həmdullah İ.  ilə görüşürlər. Həmdullah İ. bacılarla görüşəndə onları sağaldacağını, ancaq cadunun təmizlənməsi üçün M.D. ilə evlənməsi lazım olduğunu söyləyib. Gənc müəllimə də Həmdullah-ın evlilik təklifini qəbul edib onunla evlənir. 
 
Sonra Həmdullah həyat yoldaşının bacısı A.Ö. ilə də evlənməsi lazım olduğunu, cadunun ancaq belə təmizlənəcəyini söyləyir. Bundan sonra A.Ö. də rəsmi nikah olmadan Həmdullah İ . ilə birlikdə olmağa başlayır. Ruhi problemləri getdikcə ağırlaşan bacılar vəziyyəti anaları Y.Ö.yə danışırlar. Ana isə polisiə zəng edərək hadisə barədə xəbər verir, bir adamın cadu təmizləmək bəhanəsi ilə qızlarını aldadıb istifadə etdiyini, pullarını yediyini iddia edir. Polisin apardığı araşdırma nəticəsində Həmdullah İ. saxlanılıb. Polisə gətirilən Həmdullah özünün də əlil olduğunu, kimsəyə zorla nəsə etmədiyini, kimsənin də pulunu almadığını deyib.
 
Həmdullah İ. məhkəmə tərəfindən həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıb. Psixoloji problemləri olan bacılar isə ruh sağlamlığı və sinir xəstəlikləri xəstəxanasında müalicəyə başlayıb.

00:42 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər