KANAL24.AZ
Az Iw En Ru

İsrail haqqında çoxunun bilmədiyi 10 FAKT

2 May İsrail Müstəqilliyinin  69-cu il dönümünü qeyd etdi.Bu münasibət ilə İsrail haqqında çox insana məlum olmayan bəzi məlumatları nəzərinizə çatdırırıq.

 El-Al"aviaşirkətinin Tehrana uçuş reysi olub . 1979cu ildə Şah Reza Pəhləvinin başçılığı altında İranda! İslam İnqilabına qədər İzrail və İran arasında münasibətlər öz yolunda gedirdi .İran İsraile neft, İsrail də İrana silah satırdı .İki ölkə arasında fəal ticarət gedirdi, paytaxtlar arasında müntəzəm mülki təyyarələr uçurdu.İnqilabdan bir həftə sonra Tehran İsraillə bütün əlaqələri kəsir.Lakin 2014cü ildə keçirilən anti-semitizm sorğusu da gösterir ki, iranlılar yəhudilərə hec də mənfi münasibətdə deyillər.Sorğuda yəhudilərə qarşı İranın 56 faiz, Fələstinin 93 faiz, Mərakeşin 80 faiz səsi gösterilir.

Faşist törəmələri İsraildə. 2013cü ildə sənədli film çəkən müstəqil yaradıcı heyət əminliklə qeyd edib ki, ən azı 400ə yaxın faşist nəslin nümayəndəsi İsrailə köç edib.Onların çoxu yəhudi dinini qəbul edərək israillilərlə nigaha girib, lakin İsraildə yaşamayıblar.Məsələn Henrix Qimmlerin nəticəsi kimi .O israilliyə ərə gedərək başqa qitəyə köçmüşdü.İsrailin yaranışının ilk illərindən Amaniyanın Holokosta təzminatının qəbul edilib edilməməsi məsələsi həm Almaniya həm də İsraildə uzun illər geniş müzakirə mövzusu olaraq qalırdı .Hətta 1956cı ildən 67ci ilədək İsraildə Almaniya istehsalı olan filmlərin nümayişi qadağan olunmuşdur.

Ben Qurionun" a la kuskus" kəşfi . 50ci kllərdə İsrailin kuskusundan-ptitma adlanan yumru un dənəcikləri istehsal olunmaga başladı.Baş nazir David Ben Qurion məhsulun istehsalçısı "Osem"ə müraciət edərək, məhsulu duyuyə alternativ olaraq istehsal etməyi təklif etmişdi ."Ben Qurion duyusu"adlanan ptitima qısa müddət ərzində əhalinin sevgisini qazanmışdı. 60ci illərə qədər İsraildə televiziya olmayıb.

İlk İsrail televiziyası 1966cı ildə tələbələrə tədris vasitəsi olaraq yaradılıb.Daimi ictimai yayim1968ci ildə İsrailin müstəqillik günü başlayıb.İlk 10 ildə İsraildə yalnız bir kanal fəaliyyət gösterib, o da müəyyən vaxt məhdudiyyəti ilə.İkinci kanal 1986 cı ildə,ötürücü televiziyası isə 1990cı ildə yayımlanıb.Bu gün isə İsrail televiziyası Hollivud üçün ilham mənbəyidir."Vətən"(showtime),"Xəstələr"(NBO),"Sənin ailən ya mənim "(TBS), "Zalım"(showtime), və s.seriallar İsrailin layihələridir.

2ci Yelizavetanın qaynanası Yerüssəlimdə dəfn olunub . Şahzadə Filippin anası, şahzadə Alisa Battenberq 1885ci ildə anadan olub.O eşitmə qüsurlu olsa da ingilis və alman dillərini öyrənib və yunan-danimarka şahzadəsi Andreylə ailə həyatı qurub.Faşistlərin Yunanıstanı işgalı zamanı Alisa yəhudi qadınını və uşaqlarını öz yanında gizlədərək saxlayıb.Bu hərəkətinə görə Yad va-Şem onu "müqəddəs", Britaniya başçısı isə "holokosta qəhrəmanı"adlandırmışdı.1967 ildə Alisa oglu və gəlini 2ci Yelizaveta ilə Londona köçür və Bukinqem iqamətgahında yaşamaga başlayır.İki il sonra vəfat edir .Onu Vinzdor qalasında dəfn edirlər .1988 ildə onun qalıqları öz vəsiyyətinə görə Eleon dagında yerləşən Müqəddəs Mariya Maqdalena kilsəsinə köçürülərək dəfn olunur.Bura hazırda fəaliyyət göstərən ən qədim qəbirsanlıqdır.

Alyaska aviaşirkəti minlərlə yəmən yəhudisini İsrailə gətirib . 1948ci ildə İsrailin azadlıq qələbəsindən sonra Yəməndə ixtişaşlar başlayır, yerli yəhudilər öz tarixi torpaqlarına kütləvi şəkildə hərəkətə başlayır.Alyaska aviaşirkəti prezidenti Jeyms Vuten bu çətin vəziyyətdən çıxış yolu olaraq, İsrailə uçuş əmri verdi.1949cu ilin iyunundan 50ci ilin sentyabrınadək "Uçan xalça" adlı gizli əməliyyat çərçivəsində 2mühərrikli C46 və 4mühərrikli DC4 təyyarələri ilə 430 uçuş yerinə yetirərək 50 minə yaxın yəhudini Yəməndən İsrailə köçürüb.Bütün çətinliklərə baxmayaraq sərnişinlər tam təhlkəsizliklə İsrailə çatdırılıb.

Holda Meir dünyada baş nazir olaraq fəaliyyət göstərən 3cü qadındır. Meir 1969cu ildə İsrailin baş naziri olub .Bu tarixə qədər dünyada artıq iki belə vəzifədə oturan qadın olub-Sirimavo Bandaranaike Şrilankada (1960-1965) vəİndira Qandi Hindistanda (1966 -77) .Mair Kievdə anadan olub, Miluokidə böyüyüb, ailə həyatı qurduqdan sonra isə Fələstinə köçüb.O həyat yoldaşı ilə Kibucedə yaşayıb əmək federasiyasında aktiv fəaliyyətə başlayıb.Amerikalı yəhudilər arasında böyük hörməti olmasına baxmayaraq onun siyasəti İsraildə hələ də tənqid olunur .Ən çox da 1973cü il müharibəsi zamanı İsrail- Suriya sərhədində verdiyi ərəblərə hücum əmri . Hokumət bu qərarın onunla hec bir əlaqəsi olmadıgını sübut etsə də, Meir özü vəzifəsindən istehfa edir.1974cü ildə onun yerinə İçhaq Rabin seçilir və 77ci ilə qədər fəaliyyət göstərir.1992 ci ildə Ravin yenidən baş nazir vəzifəsinə təyin edilir.

1988ci il qərarına görə bütün evlərdə günəşlə suqızdıranlar quraşdırılmalı idi. Bu qanun 70ci illərin sonlarında yaranan enerji böhranı ilə əlaqədar qəbul edilmişdir.Bunun sayəsində İsrail günəş enejisindən istifadədə ilk ölkə oldu.Rəsmi hesablamalara görə, bu gün 85 faiz evlərin damlarında günəş enerjisi ilə su qızdıranlardan istifadə olunur, bu da ölkədə elektrik enerjisinin 3faiz qənaəti deməkdir.

Yerüssəlim dagı olan Skopus fakt olaraq İordan çayının qərb sahilinə daxil deyil. Baxmayaraq ki,İvrit Universiteti və Hadassa tibb mərkəzinin yerləşdiyi Skopus dagı Yerussəlimin şərqində yerleşir,əvvəldən israilin olub.1949cu ildə müharibə qurtardıqdan sonra bura İsrail hərbiçiləri tərəfindən nazarətə götürülüb .Hər iki həftədən bir İsraildə BMT buranı silah sursatla təmin edirdi.Təpə tez tez ərəb hərbi qüvvələri tərəfindən atəşə tutulurdu.1958ci ildə belə hücumlarən birində 4 israil əsgəri və 1 BMT üzvü həlak olmuşdur.1967ci ildə 6günlük müharibə nəticəsində Skopus Yerüssəlim ərazisi sayıldı.

Eynşteynə İsrail prezidenti təklifi olundu.1952 ci ildə İsrail prezidenti Haima Veyçmanın ölümündən bir neçə gün sonra, Albert Eynşteyn David Ben Quriondan İsrailə prezidentlik təklifi alır .Xarici işlər naziri Abba Ebman dahi elm xadiminə bu təklifin məhz yəhudi xalqının ona bəslədiyi sonsuz hörmətdəm irəli gəlməsini söyləmişdir.Eynşteyn təşəkkür edərək təklifi qəbul etməmişdir.O bu vəzifəni qəbul etməsə də həmişə yəhidi xalqının yanında olacağını bildirmişdir."Mənim yəhudi xalqı ilə münasibətim əsl insani münasibətdir"-dahi alim yazmışdır.Təklifdən 3 il sonra alim vəfat edib.


23:07 08.05.2017
Xəbər lenti
Bütün xəbərlər