KANAL24.AZ
Az Iw En Ru

Kişilərin çadra taxdığı, qadınların ağalıq etdiyi tayfa

Burada boşanan kişi ana evinə göndərilir.

Ölkələrin çoxunda hicablı, çadra və ya niqablı qadınlara rast gəlmək adi haldır. Lakin Afrikada bir tayfa var ki, kişilər üzlərini bağlayırlar. İstiPress-in məlumatına görə, söhbət yarı bədəvi həyatı yaşayan Tuareg qəbiləsindən gedir. Tayfa min ildən çoxdur ki, Əlcəzair, Mali və Nigeriya arasındakı bölgədə məskunlaşıb.

Matriarxat quruluşu olan tayfanın özünəməxsus özəllikləri var. Onlardan biri də kişilərin örtünməsinin şərt olmasıdır. İstiPress dünyanın ən maraqlı tayfası haqqında qeyri-adi faktları təqdim edir: 

 
 

Tuareglər Şimali Afrika bərbərlərinin bir qoludur. Sayları bir milyondan çoxdur. Dəvələrlə səhraları keçərək özlərinə həyat qurmağa çalışırlar.

Özlərini müsəlman adlandırırlar. Lakin özlərinə xas xüsusiyyətləri kifayət qədər çoxdur. Ərəb ordusunun təsiri altında müsəlmanları qəbul etsələr də, illərdən gələn öz adətlərini də qoruyublar. Nəticədə mədəniyyətlərin maraqlı sintezi yaranıb.

 

Ən maraqlı özəllikləri isə qadınların cəmiyyətdəki roludur. Qadınlar çox müstəqildirlər. Ailənin rəhbəri qadın hesab edilir. Çadırlar və heyvanlar onlara məxsusdur. Soy kökü qadınlardan keçir. 

Qadınlar evlənməmişdən öncə istədikləri qədər kişi ilə sevgili ola bilərlər. Ancaq məhrəmiyyət qaydalarına riayət etməlidirlər. Gənc kişi, gənc qadının çadırına qaranlıqda heç kimə görünmədən girib çıxa bilər.

 

Boşananda çadırlar və heyvanlar qadınlara qalır. Kişilər isə dəvəsinə minərək anasının çadırına qayıdır. Ailələr boşanan qadınlar üçün şənliklər keçirir. Bununla da onun yenidən evlənməyə hazır olduğu elan edilir. 

Tuareglərin gündəlik həyatlarında ən maraqlı xüsusiyyət - kişilərin çadra taxmasıdır. Yetkinlik yaşını keçən kişilər qadınların, yadların və evlilik yolu ilə qohum olduqları şəxslərin yanında mavi baş örtüyü taxırlar. Bunun səbəbi isə olduqca maraqlıdır. Fotoqraf Henrietta Butler bu adətin səbəbini soruşanda maraqlı cavab eşidib- "qadınlar gözəldirlər. Onların üzünü görmək istərik". 

 

 


23:00 08.05.2017
Xəbər lenti
Bütün xəbərlər